Rusiya səfiri: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə daha ciddi məşğul olmalıyıq"

Rusiya səfiri: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə daha ciddi məşğul olmalıyıq"
18:12 15 Fevral 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

Bizim səfərimiz bir tərəfdən professional xarakter daşıyır, burada informasiya alırıq, amma digər tərəfdən bunun emosional tərəfləri də var. 

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri bir qrup səfir və beynəlxalq təşkilat nümayəndələri ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

O bildirib ki, münaqişə barədə kağızlardan oxumaq və ya çıxışları dinləməkdən fərqli olaraq, orada öz gözləri ilə hər şeyi görür, insanlarla danışırlar:

"Bu, təbii ki, bir daha o mesajı verir ki, biz münaqişənin həlli ilə daha ciddi məşğul olmalıyıq.  Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi çox iş görür və biz digər həmkarlarımızla birlikdə bunu etməyə davam edəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/karabah/517878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR