“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik qüvvəyə minib

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik qüvvəyə minib
18:22 15 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
“Report” xəbər verir ki, sənədə əsasən, tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları “Reklam haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərti ilə yerləşdirilə bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/tarix-ve-medeniyyet-abidelerinin-qorunmasi-haqqinda-qanuna-deyisiklik-quvveye-minib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR