Gənc əməkdaşlar AMEA-nın Fəxri Fərmanı ilə təltif olunublar

Gənc əməkdaşlar AMEA-nın Fəxri Fərmanı ilə təltif olunublar
18:32 15 Fevral 2017
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında gənc əməkdaşlar “Gənclər günü” münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunublar.
AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a bildirilib ki, AMEA-nın prezidenti, akademik Aki Əlizadə İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, Gənclər üçün Prezident Mükafatı laureatı, texnika üzrə fəlsəfə doktoru Suxostat Lyudmila Valentinovna, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun kiçik elmi işçisi Natəvan Soltanova, Coğrafiya İnstitutunun elmi işçisi Samirə Abuşova, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantı Nərgiz Bayramova və institutun baş laborantı Cəmilə Bayramova, Genetik Ehtiyatlar İnstitutunun kiçik elmi işçisi Səbinə Hacıyeva, Zoologiya İnstitutunun böyük laborantı Səbinə Həsənova, Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafarzadə və Naxçıvan Bölməsinin kiçik elmi işçisi Turac Süleymanovaya Fəxri Fərmanlarını təqdim edib.









Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/genc-emekdaslar-amea-nin-fexri-fermani-ile-teltif-olunublar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR