“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanun dəyişdi

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanun dəyişdi
18:38 15 Fevral 2017
185 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 30 dekabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Publika.az-ın məlumatına görə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun 1-ci maddəsinə aşağıdakı məzmunda 7 hissə əlavə edilib:

“Tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərti ilə yerləşdirilə bilər”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/187938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR