“Soyuq müharibə”dən sonra ilk dəfə ABŞ hərbiçilərinin Rusiya sərhədinə gəlməsi ilə başlayan gərginlik davam edir.
Publika.az xəbər verir ki, ABŞ-ın bu addımına Rusiya
quruda və dənizdə “əzələ nümayişi” ilə cavab verib.
Rusiya Silahlı Qüvvələri Ukrayna sərhədlərinə yaxın ərazidə hərbi
təlimlər keçirib. Təlim zaman hərbi gəmilərdən suya atılan tanklar
irəliləyərək, quruya çıxır və atəş açırlar.
Rusiya Müdafiə Nazirliyinin yaydığı videogörüntülərdə yeni nəsil
tankları saatda 45 kilometr sürətlə irəliləyir.
Putin ötən həftə hərbi hava qüvvələrinə müharibəyə hazır ol əmri
vermişdi.
Putin qəzəblidir
Hazırda ABŞ və Rusiya arasında ciddi gərginlik yaşanır. Ötən ilin
ortalarından başlanan gərginliyə səbəb NATO qüvvələrinin Rusiya
sərhədinə yerləşdirilməsidir. Putin buna qarşılıq olaraq Avropanın
ortasında yerləşən Kaliniqrad kantonuna S-300 və “İsgəndər” raket
kompleksləri yeriləşdirib. Həmçinin, Polşa ilə sərhəddə rus
əsgərləri toplanır.
ABŞ əsgərləri Qara dənizdə
“Röyters”in məlumatına görə, dünəndən etibarən Amerika əsgərləri
Rumıniyada Qara dəniz sahilində yerləşən hərbi bazaya gəlib.
Agentlik vaqonlara yüklənmiş Amerika hərbi texnikasının ilk
fotolarını da yayıb.
Qeyd edək ki, yanvarın ortasında 80-dən çox tank və zirehli texnika
ilə birlikdə 4 min amerikalı əsgər Avropaya gəlib. İngiltərə,
Kanada və Almaniya da Şərqi Avropaya əsgər göndərəcəklərini
açıqlayıblar. Bu qüvvələr Polşa, Baltikyanı ölkələr, Bolqarıstan və
Rumıniyaya yerləşdiriləcək. Qüvvələrin toplanmasından sonra Rusiya
ilə sərhəddə böyük hərbi təlimlər keçiriləcək.
Asif