Tramp Krıma görə Obamanı ittiham etdi

Tramp Krıma görə Obamanı ittiham etdi
18:47 15 Fevral 2017
188 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Krımın Rusiya tərəfindən ilhaqına görə sələfi Barak Obamanı qınayıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, D.Tramp özünün Tvitter səhifəsində yazıb: "Rusiya Krımı Obama administrasiyasının dövründə ələ keçirib. Obama Rusiya ilə kifayət qədər yumşaq davranmayıbmı?"
 
D.Tramp yaxın ətrafındakı şəxslərin Rusiya kəşfiyyatı ilə əlaqələri olduğuna dair "The New York Times" qəzetinin məlumatına da reaksiya verib. O, həmin məlumatı yalan adlandırıb: "Rusiya ilə bu cür əlaqələr nonsensdir. Bu, Hillari Klintonun uduzulmuş seçki kampaniyası zamanı yol verilən çoxsaylı səhvləri ört-basdır etmək üçün edilir".
 
Prezident bu cür informasiyaların yayılmasında kəşfiyyat orqanlarını ittiham edib və Milli Təhlükəsizlik Agentliyi ilə Federal Təhqiqatlar Bürosundan (FBİ) şübhələndiyini gizlətməyib: "İnformasiyalar qanunsuz olaraq kəşfiyyat ictimaiyyəti tərəfindən "New York Times" və "The Washington Post" kimi bədnam qəzetlərə ötürülür".   
 
Xatırladaq ki, Ağ Evin sözçüsü Şon Spayser bir gün əvvəl prezident Donald Trampın Krım məsələsi ilə bağlı rəsmi mövqeyini ifadə edib. O bildirib ki, prezident Rusiyadan Krımı Ukraynaya qaytarmasını gözləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR