Fərdi qaydada təbii qazla təmin olunmayan məcburi köçkünlərin siyahısı hazırlanır

Fərdi qaydada təbii qazla təmin olunmayan məcburi köçkünlərin siyahısı hazırlanır
18:52 15 Fevral 2017
156 Ölkə
Ölkə mətbuatı
A- A+

Faktiki olaraq müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxanalar, müalicə pansionatları və digər binalar) yaşayan və fərdi qaydada təbii qazla təmin olunmayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin siyahısı yaxın zamanlarda müvafiq orqanlara təqdim olunacaq.

Milli.Az xəbər verir ki, bu sözləri Trend-ə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.

O bildirib: "Biz dövlət başçısının imzaladığı "Məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə birdəfəlik aylıq müavinətin müəyyən edilməsi barədə" fərmana dəyişikliklərlə bağlı məsələlərin tez bir zamanda həll olunması üçün hər şeyi edirik".

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/517902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR