Qənirə Paşayeva "Tvitter"də təxribatla üzləşib

Qənirə Paşayeva "Tvitter"də təxribatla üzləşib
18:54 15 Fevral 2017
393 Digər
Ölkə mətbuatı
A- A+

 

Millət vəkili Qənirə Paşayeva “Tvitter” sosial şəbəkəsində təxribatla üzləşib.

 

Lent.az-ın məlumatına görə, bu barədə deputat özü məlumat verib. O bildirib ki, “DW Azerbaycan”(dw_azeri) adlı sosial şəbəkə istifadəçisi Tvitterdə onunla bağlı yalan məlumat yayıb:

 

“Əziz dostlar, “DW Azerbaycan”(dw_azeri) adlı “Tvitter” profili mənim adımdam saxta açıqlama yayaraq bildirib ki, guya mən referendumda Türkiyə xalqının yox deməli olduğunu bəyan eləmişəm. Bu istifadəçidən başqa şəxslər də eyni mövzulu paylaşımlar ediblər. Türkiyədən dostlarım da zəng elədi, onlara da dedim, adımdam belə saxta bəyanatlar yayanları qınayıram. Mən belə bir açıqlama verməmişəm. Mən qardaş Türkiyənin daxili siyasəti ilə bağlı heç vaxt açıqlama verməmişəm. Bundan sonra da vermərəm. Mən həmişə Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının güclənməsinə çalışmışam. Ölkələrimizin daxili işləri ilə bağlı qərarları isə öz vətəndaşlarımız verir. Biz isə həmişə buna hörmət eləməliyik” 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267714

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR