Rusiya Energetika Nazirliyi neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayıb

Rusiya Energetika Nazirliyi neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayıb
19:02 15 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Neftin barelinin qiyməti yaxın zamanlarda 60 dollara qədər çata bilər, amma 2017-ci ildə onun orta qiyməti 50-55 dollar diapazonunda olacaq. 
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Rusiya Energetika Nazirliyinin analitik mərkəzinin rəhbəri Pavel Sorokin "FitchRatings" analitikləri ilə görüşü zamanı verib.
"Bizim düzgün hesab etdiyimiz neftin illik orta qiyməti 50-55 dollar/barel səviyyəsidir. Amma, tələbin dəyişməsi nəticəsində qiymətlər 60 dollar/bareli ötə bilər. Bazarın tələb və təklifi nəzərə alındıqda isə 55 dollar/barel ədalətli qiymət hesab edilir."

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/rusiya-energetika-nazirliyi-neftin-qiymeti-ile-bagli-proqnozlarini-aciqlayib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR