BQXK əməkdaşları Elnur Hüseynzadə ilə görüşüblər

BQXK əməkdaşları Elnur Hüseynzadə ilə görüşüblər
19:32 15 Fevral 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Dağlıq Qarabağ missiyasının əməkdaşları bu yaxınlarda saxlanılan azərbaycanlıya baş çəkiblər.

Milli.Az xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə fevralın 14-də olub.

Başçəkmə BQXK-nın standart proseduralarına əsasən keçirilib.

İ.Hüseynova, həmçinin qeyd edib ki, BXQK mandatına uyğun olaraq saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.

Qeyd edək ki, Azərbaycan vətəndaşı Elnur Hüseynzadə bir neçə gün əvvəl Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/517913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR