Bakı. 15 fevral. REPORT.AZ/ Bağdadda minalanmış avtomobilin partladılması nəticəsində 15 nəfər həlak olub.
"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə təhlükəsizlik xidmətindəki mənbə xəbər verib.
Bildirilib ki, şiələrin yaşadığı Madinat-əl-Sədr rayonunda baş verən partlayışda 50 nəfər xəsarət alıb.