İranda “bəsic” dəstələrinin təlimi keçirilir

İranda “bəsic” dəstələrinin təlimi keçirilir
19:57 15 Fevral 2017
159 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ İranın cənub-şərqində, Sistan-Bəlucistan əyalətində “Bəsic” dəstələrinin hərbi təlimi keçirilir.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İnqilab Keşikçiləri Qvardiyasının “Qüds” qolunun baza komandanı general Məhəmməd Marani bildirib. Onun sözlərinə görə, hərbi tədbirdə kişilərdən ibarət 6, qadınlardan formalaşdırılmış 22 briqada iştirak edir. Əyalətin 19 dairəsində keçirilən təlim bu il fevralın 24-də başa çatacaq.
Qeyd edək ki, “Bəsic” dəstələri İranı İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası sayılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-randa-besic-destelerinin-telimi-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR