Xocalı soyqırımının şahidi İtaliya mətbuatına danışdı

Xocalı soyqırımının şahidi İtaliya mətbuatına danışdı
20:33 15 Fevral 2017
130 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın “Daily Cases” və "Caratteri Liberi" informasiya portallarında Xocalı soyqırımının şahidi Dürdanə Ağayevanın "Xocalı qətliamı: bir qadının sağ qalması və yenidən doğulması hekayəsi" sərlövhəli məqaləsi dərc edilib.

Publika.az xəbər verir ki, müəllif Holokost, habelə Bosniyada, Kambocada, Ruandada törədilmiş soyqırımılardan tez-tez bəhs olunmasına baxmayaraq, müasir dövrdə törədilmiş insanlığa qarşı ən ağır cinayətlərdən olan Xocalı soyqırımının lazımi səviyyədə tanınmadığını vurğulayır, özünün Xocalı soyqırımı zamanı yaşadığı ağır hadisələrdən və bu hadisələrin onda buraxdığı psixoloji zərbələrdən söhbət açır.

D.Ağayeva qeyd edir ki, erməni qoşunları Xocalıda bəşəriyyətin son dövrlər ən dəhşətli kütləvi qırğınlarından birini törədərkən onun cəmi 20 yaşı vardı. O yazır ki, gözləri önündə iki yaşlı azərbaycanlı uşağın öz valideynləri ilə birlikdə necə güllələndiyinin, hamilə qadınların və qocaların avtomat süngüsü ilə necə öldürüldüyünün şahidi olub. D.Ağayeva məqaləsində Xocalıda erməni hərbçiləri tərəfindən əsir götürüldüyünü və əsirlikdə çox təhqiramiz işgəncələrə məruz qaldığını, hətta əsirlikdən qurtulduqdan sonra da uzun müddət psixoloji sarsıntı keçirdiyini vurğulayır.

D.Ağayeva daha sonra yazır ki, müsəlman qadını kimi onun erməni əsirliyində olarkən məruz qaldığı işgəncə, zorakılıq və alçalma halları barədə ictimaiyyətə bir söz deyə bilmədiyinə görə çəkdiyi ürək ağrısını ifadə etmək çətindir. Lakin o, başına gələn əhvalatları yalnız bölüşməklə rahatlıq və şəfa tapa biləcəyini sonradan anladığını söyləyir və beynəlxalq səviyyədə bu faciə barədə məlumatlandırmanın təmin edilməsi üçün apardığı fəaliyyətdən söz açır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/187952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR