Bərdədə "Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib

Bərdədə "Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib
20:52 15 Fevral 2017
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bərdə şəhər “İmamzadə” məscidi dini icması tərəfindən “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Rahib İbrahimov, Bərdə Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, Bərdə şəhər “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov, dindarlar, dini icmaların nümayəndələri, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbiri çıxış edən natiqlər Azərbaycanda mövcud olan dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsindən, dövlətin bu sahəyə göstərdiyi qayğıdan bəhs edib, hər kəsin, xüsusilə gənclərin radikal təsirlərə məruz qalmaması üçün xalqımızın tarixən formalaşmış və bugünümüzə kimi gəlib çatmış milli-mənəvi dəyərlərimizin təbliğinin artırılmasının vacibliyini söyləyiblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Xəbərin orijinal ünvanı: https://report.az/din/berdede-milli-menevi-deyerlerimiz-ve-gencler-movzusunda-maariflendirici-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR