Yasamal rayonunda 19 bina söküləcək

Yasamal rayonunda 19 bina söküləcək
21:32 15 Fevral 2017
156 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 19 binanın mərhələli şəkildə sökülərək yenidən tikilməsi nəzərdə tutulub.

Milli.Az publika.az-a istinadən bildirir ki, torpaqdan istifadə Mənzil İnşaatı Dövlət Agentliyinin ixtiyarına verilib.

Sözügedən binaların 12-si sökülüb, yeni binaların layihələndirilməsi başa çatdırılıb və tikinti işlərinə başlanılıb.

"Sovetski" adlanan ərazidə də daşınma və köçürülmə işləri davam etdirilib. Bundan başqa, 10 müxtəlif təyinatlı qeyri-qanuni bina sökülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/517469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR