Maradona FİFA-da işləyəcək - RƏSMİ

Maradona FİFA-da işləyəcək - RƏSMİ
21:58 15 Fevral 2017
147 İdman
Ölkə mətbuatı
A- A+

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona bundan sonra FİFA-da çalışacaq.

Publika.az xəbər verir ki, bu barədə məlumatı FİFA-nın saytı yayıb. Maradona FİFA-nın təşkil etdiyi layihələrin siması olacaq. 56 yaşlı sabiq hücumçu həmin layihələrə dəstək verərək, həm də, tanıtımını öz üzərinə götürəcək.

Maradona ötən həftə açıqlama verərək, “FİFA-nın daha təmiz və şəffaf siyasət yeritməsi məqsədiylə futbolu sevən insanlarla çalışacam” demişdi.

Karyerası ərzində “Barselona”, “Napoli” kimi klublarda top qovmuş sabiq hücumçu Argentina millisiylə DÇ-1986-nın qalibi olub. DÇ-1994-də isə dopinq qəbul etdiyinə görə turnirdən kənarlaşdırılmışdı.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/187953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR