Qızlarına "Evet" adını qoydular - Referenduma görə

Qızlarına "Evet" adını qoydular - Referenduma görə
22:32 15 Fevral 2017
139 Dünya
Ölkə mətbuatı
A- A+

Diyarbəkir şəhərinin Erqani rayonunun İncehıdır kəndində yaşayan Çelik ailəsi yeni dünyaya gələn qızlarına "Evet" ("Bəli") adını qoyublar.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ata Mustafa Çelik açıqlamasında bildirib ki, qızına bu adı həyat yoldaşı ilə birlikdə aprelin 16-da keçiriləcək referenduma görə qoyub.

"Referendumun lehinə olduğumuz üçün qızımıza "Evet" adını qoyduq. Qohumlarımızın buna reaksiyası müsbət oldu. Onsuz da hamımız seçkini dəstəkləyirik. Gələcəkdə övladımın bu ada görə təəssüflənəcəyini düşünmürəm. Bu, bizə gözəl bir xatirə olaraq qalacaq", - deyə M. Çelik deyib.

Ana Songül Çelik isə bu fikrin özünə məxsus olduğunu bəyan edib: "Ərimə "Evet" adını qoyaq deyəndə buna müsbət baxdı. Rəcəb Tayyib Ərdoğan üçün bu adı qoyduq. Əvvəllər su, yol yox idi, indi həyətimizdə bulaq var. Ona görə də bəli deyirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517925.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR