Çəkildiyi filmə nifrət edən məşhurlar: "Ürəyim bulanır" - FOTO

Çəkildiyi filmə nifrət edən məşhurlar: "Ürəyim bulanır" - FOTO
23:22 15 Fevral 2017
351 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bəzi aktyor və aktrisalar çəkildiyi filmləri bəyənməyiblər.

Milli.Az axşam.az-a istinadən həmin məşhurları təqdim edir:

Corc Kluni - "Batman & Robin" ("Betmen və Robin")

Kluni bu filmi heç zaman bəyənməyib və filmə çəkildiyi üçün pərəstişkarlarından üzr istəyib.

Ben Afflek - "Daredevil" filmi ("Cəsarətli adam")

Filmin baş qəhrəmanı Ben "Daredevil məni həqiqətən öldürür" deyərək etiraf edib.

Keyt Vinslet - "Titanik"

Filmdəki rolunu bəyənməyən aktrisa eyni zamanda "Titanik"in soundtreki olan "My Heart Will Go On" mahnısını dinləyəndə ürəyim bulanır" deyib.

Deniel Redkliff - "Harry Potter and the Half-Blood Prince" ("Harri Potter və Mələz Şahzadə")

O da bu filmdəki rolunu bəyənməyib.

Alek Qinnes - "Star Wars" ("Ulduz müharibələri")

Aktyor üçün bu film onun səhvi imiş. Filmdən nifrət edən Alek imza istəyən azyaşlı pərəstişkarına bir daha bu filmə baxmamağı qarşılığında imza verib.

Çenninq Teytum - "G.I. Joe: The Rise of Cobra" ("C.I. Co: Kobranın Yüksəlişi")

Oynadığı rolu uşaqlıq xəyalı olduğu üçün qəbul edib, lakin nəticədən məmnun olmadığı üçün sonradan peşman olub.

Cim Kerri - Kick Ass 2 ("Gücünü göstər 2")

O, film barəsində "Kick Ass 2"yə çəkilən həmkarlarımdan üzr istəyirəm, amma şiddətin bu qədərinə dözə bilməyəcəyimi anladım", - deyə etiraz edib.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/517776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR