Sakit okeanda qadağan olunmuş kimyəvi maddələr tapıldı

Sakit okeanda qadağan olunmuş kimyəvi maddələr tapıldı
23:53 15 Fevral 2017
154 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Nyukasl Universitetinin tədqiqatçıları Sakit okeanın dərinliklərində ABŞ-da təxminən 40 il əvvəl istifadəsi qadağan olunmuş kimyəvi maddələr aşkarlayıblar.

Azərtac “Nature Ecology and Evolution” jurnalına istinadla xəbər verir ki, Sakit okeanın Mariana və Kermadec çuxurlarında yaşayan canlıların yağlı toxumalarında keçmişdə geniş istifadə edilən PCB və PBDE kimyəvi maddələri tapılıb.

Tədqiqatçılar vurğulayıblar ki, Mariana çökəkliyindəki PCB-nin səviyyəsi Çinin ən çirkli çaylarından olan Liaohenin ətrafındakı çəltik tarlalarındakından 50 dəfə çoxdur.

PCB kimyəvi maddəsi 1979-ci ildə ABŞ-da, 2001-ci ildə isə BMT-nin Stokholm Konvensiyası ilə bu təşkilata üzv ölkələrdə qadağan olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR