"Hara gedə biləcəyimi düşünməliyəm"

"Hara gedə biləcəyimi düşünməliyəm"
23:57 15 Fevral 2017
116 İdman
Ölkə mətbuatı
A- A+

"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann Fransanın RMC agentliyinə müsahibəsində yayda "Mançester Yunayted"ə transferi barədə sualı da cavablandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Qrzimann bunları deyib:

""Real Sosyedad"dan getmək vaxtımın çatdığını hiss edirdim. Həmin vaxt bu istəyin hardan gəldiyini bilmirdim. Mövsümün necə bitəcəyini heç kim bilmir. Mövsüm pis yekunlaşsa, bəlkə də, bu məsələni götür-qoy edərəm. Hazırda klubdan getmək mövzusu aktual deyil. Eyni zamanda, hara gedə biləcəyimi düşünməliyəm. İspaniyada "Real" və "Barselona" çempionluq mübarizəsi aparır. "Barselona"nın 3 top-hücumçusu var. "Atletiko"da oynadığıma görə "Real"a getmərəm. Almaniya Bundesliqası məni çox da cəlb etmir. Hazırda Fransa çempionatı da planlarda yoxdur. İngiltərədə şəxsi həyatımla əlaqəli problemlər yarana bilər. Yağış, pis hava... Çöldə özümü xoşbəxt hiss etməliyəm. İngilis klubları kimi mübariz kollektivləri sevirəm. Premyer Liqa oyunlarını izləyirəm. Hakimlər oynamağa imkan verirlər, stadionlar həmişə doludur. Seçməli olsam, İspaniya Primerasını qeyd edərdim. Oyun üslubum bura çox uyğundur".


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR