Тramp Netanyahunu məyus etdi

Тramp Netanyahunu məyus etdi
00:19 16 Fevral 2017
220 Digər
Ölkə mətbuatı
A- A+

İsrail Fələstin ərazilərində məskən salma ilə bağlı fəallıqdan çəkinməlidir.

 

APA-nın ABC-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

 

“Mən istərdim ki, siz Fələstin ərazilərində məskən salma ilə bağlı fəallıqdan biraz çəkinəsiz. Düşünürəm ki, biz bu məsələni razılaşma yolu ilə həll edə bilərik”, deyə D.Tramp bildirib.

 

Buna cavab olaraq Benyamin Netanyahu “gəlin cəhd edək” deyib. Tramp zarafatla bu sözlərin elədə optimistik səslənmədiyini qeyd edib.

 

2016-cı ilin dekabrın 23-də BMT TŞ İsraildən Fələstin ərazilərində məskunlaşma siyasətinə son qoymasını tələb edən qətnamə qəbul edib.

 

Qeyd edək ki, İsrail hökuməti bundan əvvəl İordan çayının qərb sahilindəki yəhudi məskənlərində 2 500 ev tikmək niyyətində olduğunu təsdiqləyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267728

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR