Çəkisi çox olanda deyir, tərəzin düz işləmir..."-REPORTAJ

Çəkisi çox olanda deyir, tərəzin düz işləmir..."-REPORTAJ
00:34 16 Fevral 2017
213 Digər
Ölkə mətbuatı
A- A+

24 ildir ki, Bayram dayı öz balaca tərəzisi ilə insanların çəkisini ölçür. Bu illərdə onun bundan başqa gəlir yeri olmayıb və ailəsini buradan qazandığı vəsaitlə saxlayıb. Hazırda Əhmədli qəsəbəsində işini davam etdirir: "Mənim sənətimdir, çörəyim bundan çıxır. Adam var tərəzi evində var, görür ki, kasıb adamam, qalmışam burda soyuqda, 50 qəpik-1 manat verir. Heç çəkisini yoxlatmır da, pulunu verib gedir. Deyir elə bil ki, çəkdirdim".

 

Bayram dayı  çəkisini yoxladanların sayının yayda daha çox olduğunu, hazırda isə qiymətlərdə endirim etdiyini deyir: "Elə vaxt olur 100, elə vaxt olur ki, 10 nəfər çəkirəm. Qadınlar daha çox çəkilərini yoxladır. 20 qəpik idi, əhalinin vəziyyətini nəzərə alıb 10 qəpik eləmişik. Gün ərzində olur ki, 30-40 nəfəri havayı da çəkirəm. Uşaqları da havayı çəkirəm".

 

Onun sözlərinə görə, çəkilərindən narazı qalanlar tərəzini günahlandırır, səhv çəkdiyini deyir: "Sevinən də olur, sevinməyən də olur. Arıqlayanda sevinirlər. Çəkisi çox olanda deyir ki, sənin tərəzin düz işləmir. Mən də deyirəm düzdür".

 

Elxan dayı isə səhər saat 10-dan başlayaraq axşam saatlarına kimi "Xalqlar Dostluğu" metrosu ətrafında vətəndaşlara xidmət edir. Müsahibimiz bildirir ki, indi hər kəsin evində tərəzi olduğuna görə tələbat da aşağı səviyyədədir. "Amma min şükür, günə 2-3 manat qazanıram" deyir. Müraciət edənlərin daha çox qadınlar olduğunu və əksəriyyətinin də artıq çəkidən əziyyət çəkdiyini bildirir: "Çıxırlar qadınlar, deyir kökəm. Az çəkisi olanlar sevinirlər ki, yaxşıyam. Çox çəkisi olan həkimə müraciət etməlidir. Haradasa arıqlamaq istəyir. Kişilər arasında da arıqlamaq istəyənlər çox olur. "Tərəzin səhvdir" deyəndə isə daşım da var, onunla çəkirəm, deyirəm buyurun baxın. Onda artıq inanırlar".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267729

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR