Rusiyanın Krasnodar şəhərində baş vermiş güclü yanğında 20 mənzil yanıb

Rusiyanın Krasnodar şəhərində baş vermiş güclü yanğında 20 mənzil yanıb
00:52 16 Fevral 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Rusiyanın Krasnodar şəhərində baş vermiş güclü yanğın bir sıra fəsadlar törədib.
"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər verib.
Məlumata görə, hadisə şəhərin Prokofyev küçəsində, altımərtəbəli yaşayış binasında qeydə alınıb. Hadisə nəticəsində 20 mənzil yanıb.
Alovun qarşısının alınmasına 100-dən çox insan cəlb olunub. Yanğın 1,5 min kvadratmetr ərazini əhatə edib. Yanğın zamanı 1 nəfər ölüb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin regional rəsmisi Aleksandr Tararıkinin jurnalistlərə verdiyi məlumata görə, hadisənin başvermə səbəbləri hələlik məlum deyil. O, yanğın zamanı 20 mənzilin yandığını təsdiqləyib.
Qeyd edək ki, yanğın söndürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiyada-bas-vermis-guclu-yanginda-20-menzil-yanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR