ABŞ-da sərnişin təyyarəsi maralla toqquşub: sərnişinlər təxliyə edilib

ABŞ-da sərnişin təyyarəsi maralla toqquşub: sərnişinlər təxliyə edilib
01:32 16 Fevral 2017
141 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ ABŞ-ın Şimali Karolina ştatının Şarlott şəhərinin hava limanında sərnişin təyyarəsi havaya qalxarkən maralla toqquşub.
"Report"un məlumatına görə, bu barədə "WJZY" xəbər verib.
Məlumata görə, hadisə zamanı təyyarənin göyərtəsində 44 nəfər olub. Hadisədən sonra təyyarə yenidən hava limanına qayıdıb, sərnişinlər isə təxliyə edilib.
Hava limanının administrasiyası aeroportun uçuş-enmə zolağına bağlayıb. Aeroportun qalan hissəsi isə təyyarələrin üzünə açılıb və fəaliyyət göstərir.
Həmçinin bildirilir ki, hadisə nəticəsində yanacaq sızması baş verib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-sernisin-teyyaresi-maralla-toqqusub-sernisinler-texliye-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR