Çempionlar Liqası: “Bavariya” “Arsenalı” darmadağın etdi

Çempionlar Liqası: “Bavariya” “Arsenalı” darmadağın etdi
01:44 16 Fevral 2017
135 Digər
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki matçı baş tutub. Apasport.az saytının məlumatına görə, görüşlər Münhendə və Madriddə oynanılıb.

 

“Bavariya” “Arsenal”ı, “Real” isə “Napoli”ni qəbul edib.

 

Münhendə baş tutan qarşılaşmada meydan sahibləri qələbəyə seviniblər. "Bavariya"nın 5 qol vurduğu oyunda "Arsenal"ın gücü yalnız bir qola çatıb. Əvvəlcə Robben hesabı açıb. Aleksis Sançez bərabərliyi təmin etsə də, ikinci hissədə Levandovski, Müller və Tyaqonun (2) qolları cavab qarşılaşması öncəsi Karlo Ançelottinin yetirmələri üçün böyük üstünlük yaradıb.

 

“Real” – “Napoli” qarşılaşmasında da ev sahibləri seviniblər. Hesabı qonaqlar açsa da, "kral" klubu bunun cavabını artıqlaması ilə qaytarıb. Benzema, Kross və Kazemiro ispanları sevindirən qollara imza atıblar. İtalyanların cavab qarşılaşması öncəsi son ümidi isə səfərdə vurduqları qoldur.

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

15 fevral

 

 

“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) - 5:1

Qollar: Robben, 11, Levandovski, 53, Tyaqo Alkantara, 56, 63, Müller, 88 - Aleksis Sançez, 30

  

 

“Real” (İspaniya) – “Napoli” (İtaliya) - 3:1

Qollar: Benzema, 19, Kross, 49, Kazemiro, 54 - İnsinye, 8

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267732

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR