Bir binada 20 mənzil yandı - Ölən var

Bir binada 20 mənzil yandı - Ölən var
01:58 16 Fevral 2017
129 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Krasnodar şəhərində baş vermiş güclü yanğın bir sıra fəsadlar törədib.

Publika.az "TASS" agentliyinə istinadən xəbər verir ki, hadisə şəhərin Prokofyev küçəsində, altımərtəbəli yaşayış binasında qeydə alınıb. Hadisə nəticəsində 20 mənzil yanıb.

Alovun qarşısının alınmasına 100-dən çox insan cəlb olunub. Yanğın 1,5 min kvadratmetr ərazini əhatə edib. Yanğın zamanı 1 nəfər ölüb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional rəsmisi Aleksandr Tararıkinin jurnalistlərə verdiyi məlumata görə, hadisənin başvermə səbəbləri hələlik məlum deyil. O, yanğın zamanı 20 mənzilin yandığını təsdiqləyib.

Qeyd edək ki, yanğın söndürülüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR