İndoneziyada 5,6 bal gücündə zəlzələ baş verib

İndoneziyada 5,6 bal gücündə zəlzələ baş verib
02:27 16 Fevral 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ İndoneziyanın Sumatra adasında 5,6 bal gücündə zəlzələ baş verib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 19:47-də, Sumatra adasının şimalında, Reul (Reuleuet) yaşayış məntəqəsinin 3 kilometr qərbində qeydə alınıb. Zəlzələ ocağı 43,8 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barəsində məlumat verilmir. 
Qeyd edək ki, İndoneziya Yer kürəsinin ən seysmik zonasında yerləşir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-ndoneziyada-5-6-bal-gucunde-zelzele-bas-veribuedfu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR