Fransada terror aktı hazırlamaqda şübhəli bilinən tələbə həbs olunub

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən tələbə həbs olunub
03:32 16 Fevral 2017
103 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Fransanın hüquq-mühafizə orqanları ölkədə terror aktı hazırlamaqda şübhəli bilinən 18 yaşlı tələbəni həbs edib.
"Report" xəbər verir ki, bu barədə "France Presse" polisdəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, əməliyyat Lilya Vatinya şəhəri yaxınlığında, Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları, xüsusi təyinatlı polisin dəstəyi ilə keçirilib. Gənc terrorçularla əlaqədə şübhəli bilinir.
Saxlanılan şəxs ötən ilin 30 dekabrında başlanmış ibtidai istintaq araşdırması çərçivəsində həbs edilib. Ehtimal olunur ki, o, Fransa ərazisində terror aktı törətmək niyyətində olub. Həmçinin partlayıcı maddələr, silah əldə etmək imkanı axtarıb.
Gənc hazırda həbsdədir. İstintaq orqanları onun rəqəmli daşıyıcılarındakı, mobil telefonundakı məlumatları, dəlilləri öyrənir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransada-terror-akti-hazirlamaqda-subheli-bilinen-telebe-hebs-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR