Suriyada İŞİD komandirlarindən biri məhv edilib

Suriyada İŞİD komandirlarindən biri məhv edilib
05:07 16 Fevral 2017
133 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Suriya Hərbi Hava Qüvvələrinin aviazərbələri nəticəsində İŞİD terror qruplaşmasının yüksəkrütbəli komandirlərindən biri məhv edilib.
"Report"un məlumatına görə, bu barədə "Al Manar" xəbər verib.
Məlumata görə, öldürülən şəxs Əbu Zubayre ət-Tunisidir. O, Suriyanın Deyr ez-Zor vilayətində zərərsizləşdirilib.
Hava zərbələri zamanı həmçinin onun müavini Əbu Muxjin də məhv edilib.
Qeyd edək ki, bir qədər əvvəl Pentaqon da Suriyada İŞİD rəhbərlərindən birinin məhv edildiyini xəbər verib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/suriyada-i-si-d-komandirlarinden-biri-mehv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR