Türkiyədə sərnişin avtobusun qəzaya uğraması nəticəsində 21 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusun qəzaya uğraması nəticəsində 21 nəfər xəsarət alıb
05:47 16 Fevral 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Türkiyədə ağır yol qəzası baş verib.
"Report" "Milliyyet"ə istinadən xəbər verir ki, hadisə Kayseri vilayətində, Pinarbaşı rayonu ərazisində qeydə alınıb.
Belə ki, sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 21 nəfər xəsarət alıb. Hadisə yerinə çoxlu sayda təcili yardım və jandarm cəlb edilib.
Xəsarət alanlara tibbi yardım göstərilib və onlar xəstəxanalara yerləşdiriliblər. Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiyede-sernisin-avtobusun-qezaya-ugramasi-neticesinde-21-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR