ABŞ İrana qarşı hərbi alyans yaradır

ABŞ İrana qarşı hərbi alyans yaradır
06:14 16 Fevral 2017
219 Digər
Ölkə mətbuatı
A- A+

Rəsmi Vaşinqton bir sıra ərəb ölkələri ilə İrana qarşı hərbi alyansın yaradılmasını müzakirə edir.

 

APA-nın məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti xəbər verib.

 

Alyansa Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya qatıla bilər. Gələcəkdə alyansa digər ərəb ölkələrinin də qoşulması nəzərdə tutulub.

 

NATO-da olduğu kimi, alyansın hər hansı  üzvünə hücum olarsa, buna təşkilatın bütün üzvlərinə yönəlmiş hücum kimi baxılacaq. Məlumata görə, hazırda alyansın iş prinsipinin detalları işlənib hazırlanma mərhələsindədir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267738

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR