Tailandda ağır yol qəzası baş verib: 9 ölü, 4 yaralı

Tailandda ağır yol qəzası baş verib: 9 ölü, 4 yaralı
06:47 16 Fevral 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Tailandda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnmiş zəncirvari yol qəzası baş verib.
"Report"un məlumatına görə, bu barədə "Xxom Çat Lık" qəzetinin internet versiyası xəbər verib.
Məlumatda bildirilir ki, ölkənin şimalında, Çianqray vilayətində yük avtomobilinin mikroavtobusla toqquşması nəticəsində 9 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb. Qeyd edilir ki, sement daşıyan yük avtomobilinin sürücüsü motosikletlə toqquşmamaq üçün yolun əks tərəfinə çıxıb və nəticədə qarşıdan gələn mikroavtobusla toqquşub.
Hadisə zamanı mikroavtobusda 8 nəfərin olduğu bildirilir. Qəza zamanı yük avtomobilinin sürücüsü və mikroavtobusun bütün sərnişinləri hadisə yerindəcə ölüblər.
Zəncirvari qəzada daha 2 avtomobil zədələnib və 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tailandda-agir-yol-qezasi-bas-verib-9-olu-4-yarali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR