Sərnişin avtobusu aşdı - 21 nəfər xəsarət alıb

Sərnişin avtobusu aşdı - 21 nəfər xəsarət alıb
07:08 16 Fevral 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Kayseri vilayətində ağır yol qəzası baş verib.

Publika.az “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, insident Pinarbaşı rayonu ərazisində qeydə alınıb.

Sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 21 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Xəsarət alanlar xəstəxanalara çatdırılıb. Onların vəziyyətləri barədə məlumat verilmir. Qəza ilə bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR