Dünyada ilk bitkoin bank açılıb

Dünyada ilk bitkoin bank açılıb
07:12 16 Fevral 2017
172 Maraqlı
Ölkə mətbuatı
A- A+

Avstriyanın paytaxtı Vyana şəhərində dünyanın ən populyar  kriptovalyutası olan bitkoinlə işləyən ilk bank açılıb.

Almaniyanın kiçik "Bit Trust Services" startapı tərəfindən açılmış "Bitcoin-Bank"-da  müştərilər kriptovalyuta haqda məsləhət ala və sistemdə qeydiyyatdan keçə bilərlər. Virtual pul kisəsinin sahibləri isə öz bitkoinlərini avroya və ya əksinə çevirə bilərlər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Avstriyanın iqtisadi sistemində kriptovalyutanın dövriyyəsinə qadağa qoyulmayıb. Bu ölkədə hələ üç il əvvəl ilk bitkoin bankomat açılıb. Vyana  şəhərində təxminən 20 şirkət və müəssisə bitkoindən ödəniş məqsədilə istifadə edir.

Bitkoin ən populyar virtual valyutadır. İki tərəf arasında elektron ödəniş heç bir vasitəçi olmadan həyata keçirilir. Bu halda komissiya ya çox cüzi,  ya da ümumiyyətlə yoxdur. Sistemdə həyata keçirilmiş bütün əməliyyatlar haqda informasiya vahid açıq reyestrdə qeydə alınır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/517766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR