Rusiyada baş vermiş yanğında bir ailənin 4 üzvü ölüb

Rusiyada baş vermiş yanğında bir ailənin 4 üzvü ölüb
07:12 16 Fevral 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Rusiyanın Buryatiya Respublikasının paytaxtı Ulan-Ude şəhərindəki yaşayış evlərindən birində baş vermiş yanğın zamanı 4 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "İnterfax" respublika Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, ölənlərdən ikisi azyaşlıdır. "Evin sahibi yanğından xilas olub. O, evdən özü çıxıb. Rusiya FHN-in tədqiqatçıları və mütəxəssisləri hadisə yerində araşdırma aparırlar" – deyə mətbuat xidmətinin məlumatına bildirilir.
Yanğından xilas olmuş ev sahibi mənzildə yaxınlarının olduğunu bildirib. Alovun söndürülməsindən sonra evdə 2009-cu il və 2012-ci il təvəllüdlü 2 uşağın, 1 qadın və 1 kişinin cəsədi aşkarlanıb.
Mütəxəssislər yanğına elektrik avadanlıqlarında qısaqapanmanın səbəb olduğunu güman edirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiyada-bas-vermis-yanginda-bir-ailenin-4-uzvu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR