Baş katib: “NATO ölkələrinə qarşı kiberhücumların arxasında Rusiya dayanır”

Baş katib: “NATO ölkələrinə qarşı kiberhücumların arxasında Rusiya dayanır”
07:18 16 Fevral 2017
148 Dünya
Ölkə mətbuatı
A- A+

NATO ölkələrinə qarşı kiberhücumların arxasında Rusiya dayanır.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Biz kiberhücumların sayının artmasını müşahidə edir, onların bəzilərinin arxasında Rusiyanın durduğunu görürük. 2016-cı ildə NATO-nun kompüter sistemlərinə kiberhücumların sayı 60% artıb”, deyə Y. Stoltenberq bildirib.

Onun sözlərinə görə, kibermüdafiə tədbirləri və NATO ölkələrində müvafiq təlim texnologiyalarının yaradılmasının vacibliyini vurğulayıb: “Çünki kiberhücumlar Alyansın müdafiə qabiliyyətini sarsıda, silahlı qüvvələrimizə isə ziyan vura bilər”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR