Bu paltar telefon məlumatlarından tikiləcək

Bu paltar telefon məlumatlarından tikiləcək
08:05 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Nyu-Yorkda keçiriləcək moda həftəsi ilə əlaqədar olaraq "Google" korporasiyası İsveçin "H&M" şirkəti ilə sıx əməkdaşlıq edərək ideal paltar yaratmaq üçün xüsusi proqram hazırlamaq niyyətindədir. Bu məqsədlə "Google" istifadəçilərin bütün telefon məlumatlarını diqqətlə izləyəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki,  əksər qızlar hər gün "nə geyinim" problemi ilə qarşılaşır. "Google" şirkəti smartfonlar üçün telefondan bütün lazımi məlumatı toplayaraq ideal paltar təklif edəcək xüsusi əlavə yaradaraq bu məsələdə onlara yardımçı olmaq qərarına gəlib. Bu, hər bir istifadəçi üçün fərdi yanaşma olacaq.

Hazırkı mərhələdə sınaqları keçirilən yeni proqram insanın həyat tərzinə tam nəzarət edə, onun haqqında məlumatlar toplaya (istifadəçinin harada və kiminlə vaxt keçirməsi) və bunun əsasında alınması mümkün olan unikal fərdi paltar variantı təklif edə bilir. Smartfon əlavəsinin bu il istifadəyə verilməsi gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/517753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR