İnternet istifadəçilərinin kimliyi dəqiq bilinəcək

İnternet istifadəçilərinin kimliyi dəqiq bilinəcək
08:05 16 Fevral 2017
104 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Lihay Universitetinin mütəxəssisləri internet istifadəçilərinin identifikasiyası üçün yeni üsul hazırlayıblar. Yeni metod, həmçinin müxtəlif funksiyalı bir neçə brauzerdən istifadə edən istifadəçiləri müəyyənləşdirməyə imkan verir.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, istifadəçilərin saytda davranışlarını izləmək resursa daxil olanların standart funksiyalı brauzerlərdən istifadə edəndə daha asan olur. Müasir statistik məlumatlar servisləri bu vəzifənin öhdəsindən layiqincə gəlirlər.

Məlumata görə, istifadəçilər sayta keçid almaq üçün fərdi brauzer funksiyalarından, IP ünvanın dəyişdirilməsi üçün müxtəlif plaginlərdən və ya digər hiylələrdən istifadə edən zaman vəziyyət bir qədər çətinləşir. Bəzi istifadəçilər internetdə fəaliyyətini maksimum gizlətmək üçün hətta brauzer sorğularının izlənilməsi funksiyasını söndürürlər.

ABŞ mütəxəssisləri informasiyanın təkcə internet brauzerindən deyil, həm də videokart, prosessor və digər proqramlaşdırmadan toplanılmasına əsaslanan unikal üsul icad ediblər. Üç ay davam edən ilkin sınaqların nəticələrinə görə, metod istifadəçiləri 99,2 faiz dəqiqliklə müəyyənləşdirməyə imkan verir.

Layihə rəhbəri bildirib ki, hazırda yeni texnologiya daha çox onlayn resurslara daxil olmaq üçün "Tor" brauzerini tətbiq edən istifadəçiləri izləməkdə çətinliklə üzləşir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/517760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR