Yeni Zelandiyada güclü meşə yanğını səbəbindən 1000 sakin təxliyə edilib

Yeni Zelandiyada güclü meşə yanğını səbəbindən 1000 sakin təxliyə edilib
08:27 16 Fevral 2017
112 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Yeni Zelandiyada güclü meşə yanğınları ilə əlaqədar Kraystçerç şəhərinin cənubundakı ərazilərdən 1000 sakin təxliyə edilib.
"Report"un məlumatına görə, bu barədə "Gazeta.ru" yerli mətbuata istinadən xəbər verib.
Məlumatda bildirilir ki, Port-Hill rayonunda 13 ev yanıb. Habelə güclü dağıntıların olduğu qeyd olunur. 
Təhlükəsizlik qüvvələri təbii fəlakətin baş verdiyi ərazidə yaşayan 1000-ə yaxın sakini evlərindən köçürüblər.
Yanğınlar zamanı azı 1 nəfərin öldüyü bildirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yeni-zelandiyada-guclu-mese-yangini-sebebinden-1000-sakin-texliye-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR