Yumurta qabığından yaddaş yaradılıb

Yumurta qabığından yaddaş yaradılıb
08:32 16 Fevral 2017
300 Maraqlı
Ölkə mətbuatı
A- A+

Çinli alimlər tərəfindən məlumatların saxlanılması üçün hazırlanmış yeni qurğunun əsasını xırdalanmış yumurta qabığı təşkil edir. Yeni həll daha sürətli və ekoloji cəhətdən təmiz kompüterlər yaratmağa kömək edə bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Quyçjou Texnologiya İnstitutunda işləyən alimlərin məqaləsində yazılır ki, onlar yumurta qabığını nanoölçü tozu halına gətiriblər. Bu tozu qurutduqdan sonra onu məhlulda həll ediblər və yaddaş çipinin elektrik cərəyanı keçirən elektrolit səthinə sürtüblər.

Yeni həll növbəti nəsil məlumatların saxlanılması qurğularının vacib komponenti olan rezistiv əməli yaddaşdır ("ReRAM" - resistive random access memory). "ReRAM" adi əməli yaddaşdan daha sürətli işləyir, məlumatların saxlanılması üçün daha yüksək sıxlığı təmin edir, dinamik "RAM" və ya fləş yaddaşla müqayisədə daha az enerji sərf edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/517757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR