“Twitter”in analoqu orijinalından baha oldu

“Twitter”in analoqu orijinalından baha oldu
08:37 16 Fevral 2017
105 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ "Twitter"inin analoqu olan Çinin "Weibo" sosial şəbəkəsi məşhur orijinalından daha baha qiymətə olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ABŞ-ın "Twitter" sosial şəbəkəsinin oxşarının tərtibatı ilə məşğul olan "Weibo" şirkətinin kapitallaşması orijinalının göstəricilərini üstələyib.

Şirkət nümayəndələrinin məlumatlarına əsasən, sosial şəbəkədən gələn gəlirlər 11,3 milyard dollara qədər artıb. Bu isə "Twitter" sosial şəbəkəsinin gəlirlərindən 200 milyon dollar çoxdur.

Bundan başqa, "Twitter" sosial şəbəkəsinin səhmləri dəyər itirməkdə davam edir. "Twitter"in rəsmi maliyyə hesabatına əsasən, şirkətin gəlirləri 11,1 milyard dollar təşkil edib.

Xatırladaq ki, Çinin "Weibo" sosial şəbəkəsi 2009-cu ildə fəaliyyətə başlayıb və ABŞ-ın "Twitter" sosial şəbəkəsinin əsl oxşarıdır. 2014-cü ildə ilk səhm yerləşdirməsindən sonra "Weibo" şirkətinin kapitallaşması 3,4 milyard dollara bərabər idi. Bu zaman internet nəhəngi "Twitter"in kapitallaşması isə 26,5 milyard dollara bərabər olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/517750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR