ABŞ İrana qarşı hərbi alyans yaratmaq istəyir

ABŞ İrana qarşı hərbi alyans yaratmaq istəyir
08:42 16 Fevral 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Rəsmi Vaşinqton bir sıra ərəb ölkələri ilə İrana qarşı hərbi alyansın yaradılmasını müzakirə edir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti xəbər verib.
 
Alyansa Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya qatıla bilər. Gələcəkdə alyansa digər ərəb ölkələrinin də qoşulması nəzərdə tutulub.
 
NATO-da olduğu kimi, alyansın hər hansı  üzvünə hücum olarsa, buna təşkilatın bütün üzvlərinə yönəlmiş hücum kimi baxılacaq. Məlumata görə, hazırda alyansın iş prinsipinin detalları hazırlanma mərhələsindədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/517951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR