ABŞ ərəb ölkələri ilə İrana qarşı hərbi alyans yaradır?

ABŞ ərəb ölkələri ilə İrana qarşı hərbi alyans yaradır?
08:48 16 Fevral 2017
117 Dünya
Ölkə mətbuatı
A- A+

Rəsmi Vaşinqton bir sıra ərəb ölkələri ilə İrana qarşı hərbi alyansın yaradılmasını müzakirə edir.

APA-nın məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti xəbər verib.

Alyansa Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya qatıla bilər. Gələcəkdə alyansa digər ərəb ölkələrinin də qoşulması nəzərdə tutulub.

NATO-da olduğu kimi, alyansın hər hansı üzvünə hücum olarsa, buna təşkilatın bütün üzvlərinə yönəlmiş hücum kimi baxılacaq. Məlumata görə, hazırda alyansın iş prinsipinin detalları hazırlanma mərhələsindədir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR