Yuyucu vasitələr fabrikində kütləvi zəhərlənmə - 34 NƏFƏR...

Yuyucu vasitələr fabrikində kütləvi zəhərlənmə - 34 NƏFƏR...
08:53 16 Fevral 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə kütləvi zəhərlənmə hadisəsi baş verib.

Publika.az "Habertürk"ə istinadən xəbər verir ki, hadisə Konya şəhərində, Səlcuqlu mahalında qeydə alınıb. Belə ki, yuyucu vasitələr istehsal edən fabrikdə 34 nəfər hələlik müəyyən olunmamış səbəb üzündən zəhərlənib.

Zavodda növbədə çalışan bəzi işçilərdə mədə bulanması və başgicəllənməsi baş verib. Bu səbəbdən də fabrikə təcili yardım çağrılıb. Lakin zəhərlənən işçilərin sayının artması səbəbindən sonradan müəssisəyə çoxlu sayda polis və təcili yardım cəlb edilib.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR