Kiberməkan qlobal döyüş meydanına çevrilir

Kiberməkan qlobal döyüş meydanına çevrilir
08:57 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Microsoft" korporasiyasının prezidenti Bred Smit texnoloji şirkətləri "Rəqəmsal Cenevrə Konvensiyası" formalaşdırmağa çağırıb. Məqsəd kiberhücumlarla mübarizədir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, B. Smit bu barədə San-Fransiskoda keçirilən kibertəhlükəsizlk üzrə konfransda deyib. O hesab edir ki, həmin qaydalar əsasında həm istifadəçiləri dövlətlərin hücumlarından qorunmaq mümkün olacaq, həm də dövlətlərin "rəqəmsal savaş"da iştirakın normalarını müəyyənləşdirməsinə təkan veriləcək.
 
"Biz qəfildən özümüzü elə bir dünyada görürük ki, orada heç nəyi dövlətlərin hücumundan gizlətmək mümkün deyil", - deyə B. Smit söyləyib. Onun sözlərinə görə, xalqlar arasındakı münaqişələr artıq torpaq, dəniz və hava ilə məhdudlaşmır: "Kiberməkan yeni və qlobal döyüş meydanına çevrilir".
 
"Rəqəmsal Konvensiya"ya misal kimi mütəxəssis 2015-ci ildə ABŞ və Çin arasında imzalanmış sənədi göstərib. Həmin sənədə əsasən korporativ intellektual mülkiyyətin kiberoğurluğu qadağan edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/517748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR