Türkiyədə kütləvi zəhərlənmə

Türkiyədə kütləvi zəhərlənmə
09:17 16 Fevral 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə kütləvi zəhərlənmə hadisəsi baş verib.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata görə, hadisə Konya şəhərində, Səlcuqlu mahalında qeydə alınıb. Belə ki, yuyucu vasitələr istehsal edən fabrikdə 34 nəfər hələlik müəyyən olunmamış səbəb üzündən zəhərlənib.

Zavodda növbədə çalışan bəzi işçilərdə mədə bulanması və başgicəllənməsi baş verib. Bu səbəbdən də fabrikə təcili yardım çağırılıb. Lakin zəhərlənən işçilərin sayının artması səbəbindən sonradan müəssisəyə çoxlu sayda polis və təcili yardım cəlb edilib.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR