Tudor "Qalatasaray"da nə qədər qazanacaq?

Tudor "Qalatasaray"da nə qədər qazanacaq?
09:22 16 Fevral 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Yan Olde Riekerinki istefaya göndərərək xorvatiyalı İqor Tudorla anlaşan "Qalatasaray"da müqavilənin detalları bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,  "Karabükspor"un keçmiş çalışdırıcısı ilə 1,5 illik müqavilə bağlandığı açıqlanıb.

Müqaviləyə əsasən, xorvat mütəxəssis cari mövsümün sonuna kimi 400 min, 2017/18 mövsümündə isə 1 milyon avro qazanacaq.
 
Əlavə olaraq, Tudor "cim-bom" Çempionlar Liqasının birbaşa qrup mərhələsinə vəsiqə qazansa, 200 min, təsnifat mərhələsinə qatılacağı halda isə 100 min avro əldə edəcək. Klub Türkiyə Kubokunu qazansa, xorvat məşqçi əlavə 50 min avro alacaq.
 
Tudorun "Karabükspor"dan ayrıldığına görə bu kluba ödəməli olduğu 150 min avro dəyərində təzminat da "Qalatasaray" tərəfindən ödəniləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR