“Gəncə Şərab-2”nin səhmdarlarının yığıncağınınb vaxtı dəyişib

“Gəncə Şərab-2”nin səhmdarlarının yığıncağınınb vaxtı dəyişib
09:22 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ “Gəncə Şərab-2” ASC-nin səhmdarlarının martın 30-u, saat 15:00-da təyin edilmiş növbədənkənar ümumi yığıncağının vaxtı aprelin 1-i saat 12:00-a keçirilib.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, yığıncaq Cəmiyyətin inzibati binasında - Gəncə şəhəri, Kənar küçəsi,3 ünvanında baş tutacaq. Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki fəaliyyəti haqqında illik hesabatın müzakirə edilməsi, mənfəətinin bölüşdürülməsi və səhmdarlarına dividend ödəmə müddətinin müəyyən edilməsi məsələləri daxildir.
Xatırladaq ki, “Gəncə Şərab-2” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,685 mln. manatdır.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/gence-serab-2-nin-sehmdarlarinin-yigincagininb-vaxti-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR