Suriya üzrə görüşlər başladı - Silahlı müxalifət nümayəndələri gecikirlər

Suriya üzrə görüşlər başladı - Silahlı müxalifət nümayəndələri gecikirlər
09:27 16 Fevral 2017
97 Dünya
Ölkə mətbuatı
A- A+

Astanada Suriya üzrə plenar öncəsi ikitərəfli görüşlər başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan XİN-in mətbuat katibi Anuar Jaynakov bildirib.

Mətbuat katibi deyib: "Görüşlər başlayıb, silahlı müxalifət nümayəndələri bir qədər gec gələcəklər, onlarla görüş nahara qədər baş tutacaq".

Qeyd edək ki, Rusiya, İran, Türkiyənin vasitəçiliyi, eləcə də İordaniya, BMT və Suriya hökumət və silahlı müxalifət nümayəndələrinin iştirakı ilə Suriya üzrə danışıqların ikinci raundu Astanada başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR