Benzema həmyerlisini keçdi, Nistelroya az qalıb

Benzema həmyerlisini keçdi, Nistelroya az qalıb
09:32 16 Fevral 2017
130 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində "Napoli" ilə qarşılaşan "Real"ın hücumçusu Kərim Benzema oyunda hesabı bərabərləşdirən qolu vuraraq özü üçün əlamətdar göstəriciyə imza atıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu qolla Çempionlar Liqasında 51-ci dəfə rəqib qapıçıları məyus edən fransız hücumçu həmyerlisi Tyerri Anrini arxada qoyaraq ən çox qol vuran oyunçuların siyahısında 5-ci olub.

Qitənin ən nüfuzlu klub turnirində ən çox qol vuran oyunçuların siyahısına isə Kristianu Ronaldu başçılıq edir. O, 95 dəfə bu sevinci yaşayıb.
 
İkinci sırada "Barselona"nın ulduzu Lionel Messi qərarlaşıb. Argentinalının aktivində 93 qol var.
 
Üçüncü sıranın sahibi isə 71 qolla əfsanəvi ispan Rauldur.
 
Benzema daha bir pillə irəliləmək üçün isə "Mançester Yunayted" və "Real"dakı çıxışı ilə məşhurlaşmış hollandiyalı Rud Van Nistelroyu (56 qol) arxada qoymalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR